Azərbaycanın uşaqlar üçün "Eurovision" yarışmasında şansı nə qədərdir? - FOTO
10 Oktyabr 2012 18:55 MədəniyyətSuadə Ələkbərova və Ömər Sultanov çox istedadlıdırlar. Milli.Az xəbər verir ki, bu barədə Trend Life-a açıqlamasında İctimai televiziyanın aparıcısı Leyla Quliyeva bildirib.
"İlk dəfədir ki, Azərbaycan "Junior Eurovision" yarışmasına qatılır. Suadə Ələkbərova və Ömər Sultanovun yaxşı vokal imkanları var. Onlar Azərbaycanı təmsil etməyə layiqdirlər. Mən münsiflər heyətinin qərarını alqışlayıram. Onlar tipaj və xarakterlərinə görə, bir-birlərinə çox bənzəyirlər. Lakin hər biri özünəməxsusdurlar. Suadə caz kompozisiyalarını sevir, Ömər isə çox enerjilidir və rəqs etməyi xoşlayır. Onlara Eldar və Nigarın uğurunu arzulayıram.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31