Bülənt Ərsoydan yeni rüsvayçılıq
10 Oktyabr 2012 19:33 MədəniyyətTürkiyənin tanınmış müğənnilərindən olan Bülent Ersoyla bağlı yeni qalmaqal yaşanır. O, Fahrettin Aslanın fırıldağına məruz qaldığını söyləmişdi.
Fahrettin Aslanın oğlu Sacit Aslan isə TV8 telekanalındakı "Aramızda Kalsın" proqramında deyib: "Atam Bülent Ersoyla dost idi. Bülent onda kişi idi və cinsiyyətini dəyişdirib qadın olmaq istəyirdi. Atam da Bülent cinsini dəyişdirməsin deyə ona pul verməmiş, dostuna görə rüsvay olmaq istəməmişdi". Milli.Az Haberler-ə istinadən bildirir ki, bunu eşidən Bülent Ersoy studiyaya zəng vuraraq deyib: "Sacit mənim barəmdə belə danışmamalıdır. Mən onun atasının dostu yox, sevgilisi olmuşam. Sacit mənim ögey oğlumdur". İş orasındadır ki, Bülent Ersoy vaxtilə Sacit Aslanla eyni yerdə, eyni vaxtda hərbi xidmətdə olub.