Xalq artisti Siyavuş Aslanın səhhəti pisləşib
10 Oktyabr 2012 18:24 MədəniyyətAktyorun müalicəsi hələ də ev şəraitində davam etdirilir.Azərbaycanın xalq artisti, görkəmli aktyor Siyavuş Aslanın səhhətində pisləşmə müşahidə olunur.
Aktyorun müalicəsi hələ də ev şəraitində davam etdirilir.
Aktyorun oğlu Çingiz Aslanın APA-ya verdiyi məlumata görə, Siyavuş Aslanın səhhəti daha da ağırlaşıb: "Onun vəziyyəti əvvəldən yaxşı deyil. Amma müalicəsi davam etdirilir. Biz artıq istəmirik ki, atamızı bu vəziyyətdə telekanallarda göstərsinlər. Onu çəkməyə və göstərməyə qadağa qoymuşuq. İnşallah, yaxşılaşar və tamaşaçıların qarşısına elə çıxar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31