Niyazinin 100 illiyi ilə əlaqədar CD hazırlanır

Vokalçı Ramil Qasımov Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar "Nizami" operasından Nizaminin ariyasını lentə alıb. Lent.az-ın verdiyi xəbərə görə, Ramil Qasımov, maestro Niyazinin adını daşıyan Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestri ilə Əfrasiyab Bədəlbəylinin 1941-ci ildə yazdığı unudulmuş "Nizami" operasından Nizaminin ariyasını lentə aldırıb. Ariyanın dirijoru əməkdar incəsənət xadimi Azad Əliyev və səs rejissoru Faiq Babayevdir.

Bundan əlavə Ramil Qasımov maestro Niyazinin 100 illiyi ilə əlaqədar Niyazi adına simfonik orkestrlə məşqlər edir. AzTV-nin Simfonik orkestrinin müşayiəti ilə yeni buraxılacaq CD topluda maestro Niyazinin adını daşıyan Azərbaycan və Qərbi Avropa əsərləri yazılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31