Türkiyəni cərimələtdi

Şəxsi həyatının toxunulmazlığı pozulan aktrisa Türkiyə məhkəmələrindən nəticə əldə edə bilməmişdi. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) türkiyəli aktrisa Yasemin Alkayanın şikayətini təmin edib. Aktrisanın müraciətini araşdıran AİHM Türkiyənin haqsız olduğuna qərar verib. Məhkəmə, Türkiyə Avropa İnsan Haqları Müqaviləsinin ailə və şəxsi həyatın toxunulmazlığı barədə olan 8-ci maddəsinin pozulduğunu bildirib. AİHM bu qərar çərçivəsində Türkiyəni 7 500 avro cərimə ödəməyə məhkum edib. Xatırladaq ki, mətbu orqanlardan birində evinin açıq ünvanı yayımlanan aktrisa şəxsi həyatının toxunulmazlığı pozulduğu üçün məhkəməyə şikayət etmiş, onun bu müraciəti təmin olunmamışdı. Türkiyə məhkəmələrində qaldırdığı iddialar nəticəsiz qalan aktrisa 2006-cı ildə AİHM-ə müraciət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31