Səsi ilə dünyanı lərzəyə gətirən Azərbaycanın xalq artistini kim ağlatdı? VIDEO
Xanəndənin ailəsi nələri açıqladı?
10 Oktyabr 2012 15:01 MədəniyyətSənətkarlara üstünlük verən "Rəngarəng" verilişi öz axarı ilə davam edir. Milli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı ilə aparıcı Zaur Nəbioğlunun ərsəyə gətirdiyi verilişin növbəti qonağı səsi ilə dünyanı lərzəyə gətirən xalq artisti Alim Qasımov oldu.Mükəmməl ifası ilə hər kəsi ağladan sənətkar bu dəfə özü ağladı. Ailəsini başına toplayan xalq artisti göz yaşlarına hakim ola bilmədi. Qızı, xanəndə Fərqanə Qasımova və sənətkarın nəvələri heç bir yerdə səslənməyən açıqlamalar verdilər. Evində çəkiliş etməyə razılıq verən Alim Qasımov olduqca maraqlı anlara toxundu.Çəkiliş zamanı sənətkar el şənliyinə də yollandı. Oxuyub-oynayan müğam ustadı əylənməyə də imkan tapdı.Kimlər Alim Qasımov haqda fərqli klip çəkdilər?Bütün bunları sənətkarların seçdiyi "Rəngarəng" verilişində izləyə bilərsiz. Odur ki, bu həftənin cümə günü saat 21:00-da gözünüz Lider TV-də olsun. Verilişin təkrarı şənbə günü saat 14:30-da yayımlanacaq.