"Toylardan çantalarla pul aparmışam" - ETİRAF
10 Oktyabr 2012 20:08 MədəniyyətXalq artisti Nisə Qasımova əvvəllər indikindən çox pul qazanırdı.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Nisə Qasımova bu barədə yerli telekanallardan birinə bildirib.
"O vaxtlar mən toylarda hamıdan çox qazanırdım. Elə toylar olurdu ki, çantalarla pul aparırdım. Hətta bilmirdim ki, bu pulları haraya xərcləyirəm. İndi o qədər müğənni var ki, əvvəlki kimi qazana bilmirəm. Onlar bizə imkan vermirlər. Lakin şükür Allaha ki, pulla bağlı problemim yoxdur", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31