"Zöhrə Abdullayeva hacıxanım olub narkotik istifadə edir" - QALMAQAL

Müğənni Mətanət Əsədovanın "Vətəninfo.az"a Zöhrə Abdullayeva haqqında şikayətedici müsahibəsi:

Mətanət xanım, Zöhrə xanımla aranızda nə baş verir? Şikayətiniz nədəndir?

- Mən onun nəvəsi yaşındayam. Vaxtı ilə mən onun evinə gedib gəlmişəm. Bir müğənni kimi, bir bacı kimi ona etdiyim yaxşılıqları ana balaya etməzdi. Gördüm ki bu adam mənə aid adam deyil. Evində yeməyimə nəsə qatdı səsim batdı mənim. Neçə ay evdə yatdım. Həkimlər güclə səsimi açdılar. Mənim gözəl dostlarım var. Zöhrə Abdullayevanı onlarla tanış edirdim bu tərəfə gələn kimi onlara ağzına gələni danışırdı. Bu qadınla əlaqələrimi kəsəndən sonra mənim haqqımda qadına, xanıma yaraşmayan sözlər danışır. Mənim yaşım qədər Zöhrə Abdullayevin əxlaqsız yollarda təcrübəsi var. Bu qadın provadnik işləyən vaxtından indiyə kimi çox üzlər gördü. Amma bu onun şəxsi işidir.bu insanın pis işlərdə təcrübəsi böyükdür. Oxumağı yox, səsi yox, Mənim əxlaqıma toxunan sözlər danışır. Mən dərd əhliyəm: anam ölüb atam ölüb, qardaçlarım dalbadal ölüb. Mən dərd çəkirəm. Mən ailəyə baxıram tək bir səsimlə.mən dünənin uşağıyam. Sən mənim nə işimi görmüsən? Uzağı gedib onun evində çay içmişəm. Hamıya yayıb ki, Mətanət mənim evimdə qalır. Mənim babam hamıya ev paylayıb. Hamıya deyir Mətanətin evi yox, uşağı yox, atası yox, ailəsi yoxdur. Utanmırsan sənin 65 yaşın var. Öl yerə gir ki, Mədəniyyət nazirliyinə yalvara-yalvara ad aldın. Kül sənin başına. Qırıq qaloş qalıb ele bil boğazında. Utanıram artıq küçəyə çıxmağa. Mənim fitri istedadım abır-həyama görə passivləşir. Çünki heç kimə ağız açmıram. Mehriban xanıma ərizə yazdırıram.

Zöhrə xanımınn sizə qarşı tutduğu mövqeyin arxasında nə dayanır?

- Heç nə. O gün açıqlama verib ki, guya mənim oxumağım yoxdur. Mən Alim Qasımovun tələbəsi olmuşam. Mən Atv magazinlərdə, qalmaqallarda yoxam. Mən pis oxusam Zeynəb Xanlarova adımı çəkər? Əlbəttə yox. Ay bacı nə istəyirsən məndən? Ərini əlindən almamışam, oğluna pis gözlə baxmamışam, sevgilinə göz dikməmişəm, evini dağıtmamışam. Nə rəfiqəm var, nə 1 müğənni ilə salam sağ olum var. Çəkilib durmuşam kənarda. Mən sənin ayağın boyda uşağam. Mənim oxuduğumun yarım faizini oxu. Mikrafonu səhnədə qoyacam, oxumağa tövbə edəcəm. "Ay Zaur" verilişinə getmişəm. Küçədə o pis-pis söyüşləri üçümə deyib. Mən də əlimə keçəni başına çırpıb, o boyda arvadı döymüşəm.

Şikayət etmisiniz harasa?

- Oğlu asayiş tamojnusunda, gəlini Apeliyasiya məhkəməsində işləyir. Yeri gələndə əxlaqsızlığına görə, onu sayanda yoxdur. Mənin də hökümətim var. Yetim qızam. Mən onun kimi haci xanım olub, kiletka ilə arağı qabağıma qoymamışam. Mən içki nədir bilmirəm. İçdiyim bir çaydır. Tüstü nədir bilmirəm. Narkotik istifadə edir.

Bu dedikləriniz ciddi ittihamlardır....

- Ciddi ittihamlardir? Qoy tutsunlar məni. Bəlkə canım dincələr. Bunun 2-3 dənə deputat dostu var. Onları əlində tutub.

Zöhrə xanım hansı deputatlara güvənir?

- Mən bilmirəm. Ad çəkməyəcəm.mən şikayət etmək istəyirəm, sözümü çatdırmaq istəyirəm.

Hüquq mühafizə orqanlarına müraciət etmisiniz?

- Xeyr etməmişəm. Utanıram. Adamın abrı-həyası gedir.

Deyirsiniz toy gedirsiniz toyların qarşısını Zöhrə xanım alır. Qoymur çörək qazanasınız?

- Xahiş edirəm mənim haqqımda da, onun haqqında da məlumat toplayın. Əgər mən aşağı səviyyədə insan olsam, zəng edib deyin ki ayıb olsun vaxtımızı aldın.

Mədəniyyət naziri Əbülfəz Qarayevə niyə müraciət etmirsiniz?

- Mən onları görəndə utandığımdan salam da verə bilmirəm. O boyda şəxsiyyətlərdir. Utanıram gedib dərdimi deməyə.

Bu hadisə neçə müddətdir davam edir?

- 4-5 ildir davam edir. Hamıya deyirəm ki, mənim sənətimlə maraqlanın. Bu qədər sənətim var. Zöhrə Abdullayeva Əli Mirəliyevlə kanallarda qiybət qıra-qıra Əməkdar artist adını aldı. Görüm Allah onu Xalq artisti adına çatdırmasın..

Redaksiyadan:
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31