Əməkdar artist solo konsert verəcək

Əməkdar artist, sevilən müğənnimiz  Tünzalə Ağayeva solo konsertə hazırlaşır. Müğənninin prodüsseri  Yalçın Cabbarov "Olaylar"a açıqlamasında konsertin oktyabrın 19-da keçiriləcəyini bildirib: "Konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Dirijor- Yalçın Adıgözəlovdur. Pianoda isə rusiyalı Vyaçeslav Qryaznov ifa edəcək".Qeyd edək ki,  T.Ağayevanın sözügedən  konserti Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Caz Festivalı çərçivəsində həyata keçəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31