Ramil Səfərovun toyundan təzə xəbər

Çərşənbə axşamı Bakıda restoranların birində Ramil Səfərovun toyu keçirilib.

Oktyabrın 9-da Milli Ordunun zabiti Ramil Səfərovun toy mərasimi keçirilib. Bakıdakı şadlıq saraylarından birində təşkil olunan toy mərasimində yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib. Modern.az-ın məlumatına görə, Ramil Səfərovun toy mərasimində millət vəkillərindən yalnız Adil Əliyev iştirak edib.Uzun müddətdir mətbuatın gündəmində olan, yalnız dünən gerçəkləşən toy şənliyini tanınmış qiraət ustası Şəmistan Əlizamanlı və xanəndə Arif Babayev idarə ediblər. Mərasimdə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin də iştirak etdiyi bildirilir.Restoranın ətrafında yüksək təhlükəsizlik tədbirləri o dərəcəyə çatdırılıb ki, hətta sarayın həyətinə avtomobillərin buraxılmasına icazə verilməyib. Mərasimin keçirildiyi zala kənar şəxslər daxil ola bilməyiblər.Maraqlıdır ki, Ramil Səfərovun doğma rayonu olan Cəbrayılın icra başçısı toy mərasimində iştirak etməyib. Buna səbəb kimi, onun toy şənliyinə dəvət edilməməsi göstərilib.Ramil Səfərovun toy mərasiminə jurnalistlərdən ANS-dəki "Qulp" verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərov qatılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31