Şakiradan Azərbaycana ismarıc-Şok! VIDEO

Oktyabrın 14-də konsert proqramı ilə çıxış etmək üçün Bakıya gələcək dünya şöhrətli ulduz Şakiradan təzə xəbər var. "OLAYLAR"ın məlumatına görə, Şakira Bakı səfəri ilə bağlı yeni məlumat açıqlayıb. Hamilə olmasına baxmayaraq Bakı səfərindən imtina etməyən Şakira konsertin yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. Şakira deyib ki, bu onun Bakıya sonuncu səfəri deyil. Dünya şöhrətli ulduz, hətta uşağını dünyaya gətirəndən sonra da Bakıya gələcəyini bildirib. Bu isə onun konsert ərəfəsində alacağı təkliflərdən asılıdır. Onun sözlərinə görə konsert zamanı o Bakıya yenidən qayıtmaq təklifi alsa, bu təkliflə razılaşacaq. Hamiləlikdən azad olandan sonra o yenidən Bakıya qayıdacaq və səfəri bir neçə gün çəkəcək. Şakira Azərbaycanda imkanlı şəxslərdən təkliflər gözlədiyini deyib.

Xatırladaq ki, Şakira bu fikirləri tanınmış ulduz Rihannanın Bakı səfəri zamanı imkanlı şəxslərdən təklif almasından sonra səsləndirib. Rihannanın bir gecə keçirməsinə görə 4 milyon manat təklif aldığını eşidən Şakira belə bir açıqlama verib və Bakıda imkanlı şəxslərdən daha yüksək məbləğdə təklif gözlədiyini deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31