100 min manat Eyyub Yaqubovun nəyinə lazımdır?
9 Oktyabr 2012 20:30 MədəniyyətAzərbaycanın əməkdar artisti Eyyub Yaqubov artıq uzun müddətdir ki, öz pərəstişkarlarını konsertlə sevindirməyib.
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, müğənni "ATV maqazin" proqramına açıqlamasında bildirib ki, konsert vermək üçün çoxlu pul lazımdır.
"Teatrlaşmış konsert keçirmək istəyirdim, lakin bunun üçün külli miqdarda pul və vaxt lazımdır. Mənim isə maddi problemlərim var. Konsert üçün minimum 100 min manat lazımdır, mənim isə bu qədər pulum yoxdur. Bu o demək deyil ki, mən sponsor axtarıram. Qoy məni tapsınlar və sənətimə qiymət versinlər", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31