Muzey mərkəzində “İdman-incəsənət” sərgisi açılacaq
9 Oktyabr 2012 15:27 MədəniyyətBu gündən etibarən Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Muzey Mərkəzi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət "İdman-incəsənət" (Sport-Art) sərgisi təşkil olunub. Muzey Mərkəzindən "Olaylar"a verilən məlumata görə, oktyabrın 15-dək davam edəcək sərgi "Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyinin keçirilməsi haqqında" Tədbirlər Planına uyğun olaraq təşkil olunur. Sərginin keçirilməsində məqsəd ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin incəsənət əsərləri vasitəsilə nümayişi, gənc nəslin idman və incəsənətə marağının artırılmasından və idmanın insan həyatındakı hərtərəfli əhəmiyyətini göstərməkdən ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31