Hülya Avşar azərbaycanlı müğənniyə şok yaşatdı
9 Oktyabr 2012 15:25 MədəniyyətTürkiyənin məşhur səs yarışması olan "O səs Türkiyə"də azərbaycanlı xanımı evə göndərmədilər.
Modern.az xəbər verir ki, Aynurə Əhmədova adlı xanım Mətin Şəntürkün "Sitəm" mahnısını ifa edib və onun ifası ünlü sənətçi Hülya Avşar tərəfindən bəyənilib. Bundan sonra H.Avşarın komandasında ifa edəcək A.Əhmədova müğənni Murat Bozun da rəğbətini qazanıb.
Qeyd edək ki, artıq ikinci mövsümü yayımlanan "O Səs Türkiyə" verilişində ilk dəfədir ki, azərbaycanlı yarışmaya seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31