Castin Timberleyk evlənir
Pop-ifaçı seçdiyi qızın adı Cesika Billdir
9 Oktyabr 2012 20:17 MədəniyyətABŞ-ın məşhur pop-ifaçısı Castin Timberleyk toya hazırlaşır. Müğənni öz sevgilisi, aktrisa Cesika Billə evləndiyinə görə çox həyəcanlandığını deyib. O, yeni çəkildiyi filmə həsr olunmuş mətbuat konfransında ilk dəfə sevgilisi ilə necə tanış olduğundan danışıb. "Sadəcə çəkiliş meydançasında tanış olduq və ümumi tanışımızdan onun nömrəsini aldım. Yalnız Cesikanın razılığı olandan sonra ona zəng edib görüş təklif etdim", - Castin Timberleyk belə deyib.astin evliliyə çox ciddi yanaşdığını və ata-anası kimi uzun illər xoşbəxt yaşamaq üçün düzgün seçim etməyə çalışdığını da vurğulayıb. Qeyd edək ki, Timberleyk və Bill toylarını oktyabrın sonlarında İtaliyada etməyi və bu mərasim üçün 5 milyon dollara yaxın pul xərcləməyi planlaşdırırlar.