Nadir Qafarzadəyə gözlənilməz təklifözlənilməz təklif
9 Oktyabr 2012 12:08 MədəniyyətMüğənni Əli Mirəliyev estrada müğənnilərinə duet təklifi etməkdə davam edir. Əli Mirəliyev növbəti duet təklifini həmkarı Nadir Qafarzadəyə etmək niyyətindədir. Bu barədə Lent.az-a açıqlama verən Əli Mirəliyev niyyətini belə əsaslandırıb: "Estradada kişi müğənnilər arasında ən çox bəyəndiyim səslərdən biri Nadir Qafarzadədir. Onunla duet oxumaq istərdim. Onun səsi xoşuma gəlir".
Nadir Qafarzadə Əli Mirəliyevin duet təklifinə nə cavab verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Əli Mirəliyev bir müddət əvvəl Nadir Qafarzadə ilə qalmaqal yaşamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31