Günay belə qayıtdı

Ötən il ailə quran və 4 ay əvvəl ana olan azərbaycandı model Günay Musayeva obyektivlərin qarşısına və podiumlara geri dönüb.
Günay Musayeva 25-ci "Best Model Turkey" yarışmasının jurnal çəkilişləri üçün modelyeri Tolqa Çamın 2013-cü il kolleksiyası ilə fotosessiyaya çəkilib.
Dörd ay ərzində 28 kilo arıqlayan modelin fotolarını tanınmış fotoqraf Serkan Mumcuoğlu çəkib. Beləliklə, Günay Musayeva artıq modelliyə geri qayıtdığı mesajını vermiş olub. Türkiyə mətbuatı bu "Dönüşü çox seksual oldu" başlığı ilə təqdim edib./anspress/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31