"Kurtlar Vadisi Pusu"da yeni itki VIDEO
Polat Alemdar uşaqlıq dostu dəli Hikmətin və Zaza Şərəfoğlunun güllələnməsi ilə sarsılacaq
9 Oktyabr 2012 11:19 MədəniyyətReytinq rekordçusu "Kurtlar Vadisi Pusu" serialında növbəti seriyanın kadrları yayımlanıb. Ötən seriyada ağsaqqalların yeni başçısı tərəfindən qələmi sındırılan Polat Alemdar yeni seriyada ağır itki üzləşəcək. ANS PRESS-n Yazete.com-a istinadən verdiyi məlumata görə, xəyanətə məruz qalan Polad Mematinin ölümündən sonra bu dəfə də uşaqlıq dostu dəli Hikmətin və Zaza Şərəfoğlunun güllələnməsi ilə sarsılacaq. Film qəhrəmanının intiqamı isə çox ağır olacaq.
Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" serialının yeni - 166-cı seriyası oktyabrın 11-də Türkiyənin "atv" kanalında yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31