Məşhur “Pussycat Dolls” gəlir?
8 Oktyabr 2012 20:03 MədəniyyətSon zamanlar Azərbaycanın baş şəhərinə gələn qonaqlar sırasına əsas vokalçısı Nikol Şirzinger olan dünya şöhrətli "Pussycat Dolls" qrupu da əlavə olunacaq.
Qrupun konsertini təşkil edəcək "Event" kompaniyasından "Azadinform"a verilən məlumata görə, konsertin keçiriləcəyi məkanı hələ bəlli olmasa da, qrupla danışıqlar aparılır. Konsertin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Pussycat Dolls" qrupu 2005-ci ildə ilk dəfə təqdim etdikləri "PCD" albomu ilə populyarlıq qazanıblar. Qrupun daha çox populyarlıq qazanan əsas vokalçısı isə Nikol Şirzingerdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31