Tatlısəs kürdlərə restoran açır

Türkiyənin ən tanınmış sənətçilərindən biri, "İmperator" ləqəbli İbrahim Tatlısəs İraqın şimalındakı Erbil şəhərində biznes fəaliyyətini genişləndirmək niyyətindədir.
Milli.Az DHA-ya istinadən bildirir ki, məruz qaldığı sui-qəsddən sonra ötən həftə ilk dəfə Erbilə yollanan Tatlısəs şəhərdə 1500 nəfərlik "Tatlıses Kebab" açacağını, orada 3 toy salonu və otelin də olacağını deyib.Kompleks Erbilin kürdlər yaşayan səmtində yerləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31