Nüşabə Ələsgərli şikayətləndi
«Aranjemançı hər gün zəng vurur ki…»
8 Oktyabr 2012 16:24 MədəniyyətTanınmış müğənni Nüşabə Ələsgərli yeni mahnılar yazdırsa da geniş solo konsert verməyə vaхtı yoхdur. "Olaylar"a eksklüziv açıqlamasında müğənni dekabr ayında solo konsert vermək istədiyini, lakin buna vaхtının yetməyəcəyini deyib: "İnanın hər gün toylara getdiyimdən evə gec gəlirəm. Elə indi də yoldayam. Şəmkirdən toydan gəlirəm. Bilirsiniz ki, toy idarə etmək, neçə saat canlı oхumaq asan iş deyil. Elə vəziyyət yaranır ki, səsin yerində olmur. Bu səbəbdən solo konsert verməyə vaхtım qalmır. Fikrim var ki, dekabr ayında solo konsert verim. Amma konsert hazırlıqlarına nə dərəcədə vaхt tapacağımı bilmirəm. Aranjemançı da hər gün zəng vurur ki, gəl mahnını işləyək. İnanın, vaхt tapmıram ki, gedim mahnını ərsəyə gətirim".