Brilliant Dadaşova titulundan imtina etdi
8 Oktyabr 2012 20:35 MədəniyyətDeyirlər ki, Azərbaycan şou-biznesində üç diva var.Bunlar Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və Aygün Kazımovadır. Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumatına görə, B.Dadaşova bildirib ki, heç vaxt özünü diva hesab etməyib.
"Mənim öz adım var - Brilliant Dadaşova. Mən heç vaxt özümü diva adlandırmamışam, bu mənə lazım deyil. Xahiş edirəm, mənə öz adımla müraciət edəsiniz. Titul mənim nəyimə lazımdır? Öz adım da mənə bəs edir", - o Space telekanalının "Plus-minus" proqramına bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31