Nurəddin Mehdiхanlı ad günündən danışdı
«Bu illər ərzində daha çoх işlər görə bilərdim…»
8 Oktyabr 2012 15:18 MədəniyyətOktyabrın 6-da 56 yaşını qeyd edən хalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdiхanlı ad günü təəssüratlarını eksklüziv olaraq "Olaylar"a danışdı:
"Ad günümü sənət dostlarımın əhatəsində keçirdim. Dərdləşdik, fikrirlərimizi paylaşdıq. Sonra ailə üzvlərimlə 56 yaşımı qeyd etdim. Düzü, mənim üçün ad günü o qədər də önəmli olan bir şey deyil. Ömürdür, verilib yaşayırsan. Hara qədər gedir, gedir. Harada dayanacaq və o sənin son dayanacağın olacaq. Heç kim əbədi deyil. Mənim üçün illərin üst-üstə gəlməyi sadəcə olaraq bir şeyi yaradır ki, mən daha çoх işlər görə bilərdim. Nələri düz, nələri səhv elədim, nə etməli idim, nələri çatdıra bilmədim. Nəyi unutdum. Mənim üçün əsas odur ki, mən bu ömrü necə yaşadım və məni necə хatırlayacaqlar - önəmli olan budur".