Nadir kino materialları tapılıb
8 Oktyabr 2012 14:42 MədəniyyətRusiya Teleradio Fondundan SSRİ xalq artisti Fidan Qasımova və Azərbaycanın xalq artisti Xuraman Qasımovanın nadir kino materialları gətirilib. Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nadir sənədlərə Fidan və Xuraman Qasımovaların Rusiyada çəkildikləri konsertlər və ifaları daxildir.
Dövlət Film Fondu bu istiqamətdə araşdırmaları davam etdirilir və geniş film materialları da daxil olacaq. Materiallar Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Fonda təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31