Zöhrə Abdullayeva Mətanət Əsədovanı şantaj etdi: “Açaram sandığı...” - QALMAQAL
8 Oktyabr 2012 13:35 MədəniyyətƏməkdar artist Zöhrə Abdullayeva və müğənni Mətanət Əsədova arasında başlanan qalmaqal yenidən gündəmə gəlib. Lent.az-ın məlumatına görə, Mətanət Əsədova həmkarının ünvanına yenidən sərt ittihamlar səsləndirib: "Bir adam ki 63 yaşında əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir". Əsədovanın ittihamlarına əməkdar artist Zöhrə Abdullayevadan cavab gəlib. Lent.az-a açıqlama verən əməkdar artist sərt danışıb: "O, mənim haqqımda bir də hər hansı fikir söyləsə, açaram sandığı, tökərəm pambığı. Mən onun haqqında hər şeyi bilirəm. Mənim oğlum, nəvəm hər şeyim var. Çəkinəcək yerim var. O nədən çəkinəcək? Onun çəkinəcək yeri yoxdur. Məsləhətim budur ki, artıq danışmasın" - deyə Abdullayeva vurğulayıb .