Afaq Bəşirqızı artıq evdə

Ürəyindən ağır əməliyyat olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı evə buraxılıb.
Lent.az-ın məlumatına görə, aktrisa ötən gün əməliyyat olunduğu Neftçilər xəstəxanasında müalicəsini başa vuraraq evə buraxılıb. Hazırda özünü yaxşı hiss edən xalq artisti müalicəsini ev şəraitində davam etdirir.
Qeyd edək ki, Afaq Bəşirqızı sentyabrın 26-da ürək-damar sistemində ciddi problemlər olduğu üçün Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən 7 saatlıq əməliyyat olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31