Rihannanın Bakı konsertinin ŞOK məqamı- Video+Foto
7 Oktyabr 2012 17:34 MədəniyyətBakı daha bir dünya şöhrətli müğənnini yola salıb
Rihannanın Kristal Zaldakı geniş konsert proqramı ilə baş tutub. "Qafaqazinfo"nun məlumatına görə, konsertə ilk olaraq qonaq qismində qatılan gənc müğənni Gültəkin Qaradağlı çıxış edib. Daha sonra isə "Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinovun ifasında "Sarı gəlin" kompozisiyası da izləyicilərə unudulmaz anlar bəxş edib.
Son olaraq səhnəyə çıxan dünya şöhrətli müğənni Rihanna, Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş edib.
Səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni bir çox ölkələrdəki çıxışı kimi, müxtəlif zamanlarda işıq üzü görmüş, albomuna daxil olan mahnıları tamaşaçılar üçün ifa edbi. Müğənnin ifası, misilsiz lazer şousu ilə tamaşaçıların marağına səbəb olub.
"Baku Crystal Hall"un möhtəşəm səhnəsində minlərlə tamaşaçını ələ alan dünya şöhrətli müğənni geyim və rəqs, peşəkar ifa, səhnəsi ilə tamaşaçıların diqqətini özünə cəlb edərək belə söyləyib: "Bakı hissləriniz necədir? Mən hisslərimi sözlə ifadə edə bilmirəm. Mən sizi çox sevirəm. Bu səhnədə çıxış etməyimdən çox məmnunam. Hazırda çox həyəcanlıyam".
Müğənni səhnəyə ilk olaraq "Talk that talk" mahnısı ilə çıxdı. Möhtəşəm atəşfəşanlıq və mükəmməl akustika ilə müşayiət olunan müğənninin ifası daha sonra "Where have you been", "Whats my name", "Ufaithful", "Rude boy", "Only girl", "Dont stop the music", "We found love" mahnıları ilə konserti davam etdirdi