Riannanın Bakı konsertində nələr oldu

Dünya şöhrətli müğənni Rianna "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış edib.Konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutub.Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən 23 yaşlı amerikalı müğənni Rianna son illər beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurlaşıb. /Azərtac/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31