Rihanna və Şakiraya əcaib təklif
"Amnesty International" müğənniləri Bakıda oxumamağa çağırdı
6 Oktyabr 2012 09:20 MədəniyyətAzərbaycana qarşı qərəzi ilə tanınan "Amnesty International" təşkilatı müğənnilər Rianna və Şakiranı Azərbaycanda çıxış etməməyə çağıran bəyanat yayıb. Bəyanatda iddia edilir ki, Azərbaycanda insan hüquqları pozulur. Sənəddə jurnalist Elmar Hüseynovun qətli xatırladılır, blogger və siyasi fəalların həbs olunduğu bildirilir.Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının Azərbaycan üzrə hesabatları birtərəfli, qərəzli, ayrı-ayrı şəxslərin fərdi fikirlərinə istinadən hazırlanır. Rəsmi Bakı dəfələrlə təşkilata bununla bağlı etirazını çatdırıb. Azərbaycan hakimiyyətinin nümayəndələri bir neçə dəfə bəyan ediblər ki, "Amnesty İnternational" erməni lobbisinin təsiri altında müəyyən düşmən dairələrin siyasi sifarişini yerinə yetiririr.Xatırladaq ki, Rihanna bu gün, Şakira isə oktyabrın 14-də Bakıdakı "Crystal Hall" səhnəsində çıxış edəcəklər.ans