Bu gözəl model həkim olmaq arzusunda idi...

Son bir il ərzində 7,3 milyon dollar qazanan braziliyalı model, "Victorias Secret" qadın geyimi və alt paltarları brendinin nümayəndəsi Adriana Lima model olmamışdan öncə uşaq həkimi olmaq istəyib."Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, məşhur model uşaqlıq arzusuna belə aydınlıq gətirib:"Uşaq vaxtı arzu edirdim ki, gələcəkdə uşaq həkimi olum. Lakin 13 yaşında bir alış-veriş mərkəzində model kimi kəşf edildikdən sonra bu arzum yaddan çıxdı. 15 yaşında ikən "Ford Super Model" Braziliya yarımasında birinci yeri, 17 yaşında isə beynəlxalq "Ford Super model" yarışmasında ikinci yeri tutdum. Və bütün bu qalibiyyətlərdən sonra modelliyin mənim peşəm olduğunu anladım".
31 yaşlı braziliyalı model basketbol ulduzu Marko Jariçlə evlidir. Valentina və Sienna adlı övladları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31