Xatirənin bankaları və qusmaqla intihar

Müğənni Xatirə İslam sosial şəbəkədə müzakirələrə səbəb olan şəkil paylaşdı. İfaçı belinə banka qoydurduğu an çəkilmiş fotosunu "İnstagram" səhifəsinə yükləyib. Xatirənin ifaçının paylaşdığı şəkil bir çoxunun xoşuna gəlməyib. İfaçı isə tənqidlərə əhəmiyyət verməyərək bu sözləri yazıb: "Səhər saat 6-dan titrədirəm, donuram".

Xatirənin bankalarda şəkil çəkdirib yayması azadlıq, yaxud müasirlik göstərici deyil, bu beyinlərə terror hücumudur. Düşüncələri qətl etməkdir. Bu, həm də düşüncə terrorizminin edonist formasıdır. Nə media, nə də insanlar bu gün dünyanın taleyinin asılı olduğu məsələlərin üzərində Xatirənin bankalarının reklamı qədər getmir.

Bankalarla şəkil çəkdirib yaymaq zehni xəstəliyin simptomudur. Bu, psixiatriyanın əsas problemlərindən biridir. Simptomdan əziyyət çəkən şəxsin beyni psixoz vəziyyətdə problemlərini nəinki kompleks, heç pərakəndə şəkildə belə həll edə bilmir. Nəticədə məntiqdəki qüsurlar üzə çıxır. Növbəti mərhələdə koqnitiv pozğunluqlar görünür ki, belə hallarda ortada olan faktlara məna verə bilmirik.

Pis odur ki, şou əhlinin qəribə qərarlarını tənqid edəndə əksəriyyətin başı lakatr kimi aşağı yuxarı sallanır. Sənə haqq qazandırır. Sonradan isə məlum olur ki, bu hərəkət sadəcə instinkt imiş. Çünki şou və intim xarakterli xəbərlər beyinlə vasitə arasında olan informasiyanı manipuliyasiya edir. Nəticədə isə lazım olan nöqtəyə Xatirəni bankalarla şəkil çəkdirən səbəb yox, çılpaq kürəyi çatır.

Azərbaycan şou-biznesində elə bir mühit yaranıb ki, adam içalatına qədər içində nə varsa hər şeyi qusub intihar etmək istəyir. Müğənnilərin iylənmiş alt paltarlarından tutmuş Bagiranı gündə 31 dəfə öldürməyə qədər nəyi göstərmədi bu şou-biznes.

Ağlına yox, ağzına gələni şeir kimi təqdim edən Elzası, qadını iribuynuz heyvana bənzədən Nadiri, çatana çatdığı çatmayana bir daş atdığı Əli Mirəliyevi, ər davasında ən naməhrəm yerləriylə biri-birini söyən Nazənini, Təranə Qumralı, daha kimlər yoxdu bu şou-biznesdə. Mühit elə adamlarla doludur ki, hər cinsdən olanı burada tapa bilərsən.

Mətanətin baş redaktora "Biz olmasaq sizi kimdi oxuyan" sözünü heç vaxt unutmaram. Doğru demir? Doğru deyir. Bəli, çoxu Mətanət tipli adamlarla bağlı bayağı, işlənmiş, yeyilmiş məlumatları oxumağı sevir. Hətta onlara pərəstiş də edirlər.

Şou-biznesə olan rəğbət hissləri bir növ yatar qarnına qatıq yeməyə oxşayır. Yatmağa hazırlaşan adam üçün qatıq daha rahat həzm olunan yeməkdir, nəinki kabab yeyib səhərə qədər partlamaya düşəsən. Kimin nəyinə lazımdır axı, içinə girib sağ-salamat çıxa bilməyəcəyi proseslər? Bunlar o şəxslərdir ki, valideynlərinin "Kitab oxuma başın ağıryar" tövsiyyəsinə vaxtında qulaq asıblar. İndi də ən doğru yollara kəllə atırlar. Ən ülvi duyğuları darmadağın edib yerində "Əjdaha"nın heykəlini tikiblər.

Amerika Avropa şou-biznesində müğənnilər əvvəl oxuyub sonra soyunurlar. Bizimkilər isə, soyunurlar, amma oxumurlar. Ona görə də, səslərinin qozbelini studiyalarda düzəldib özünə azacıq məhşurluq daramatı hazırlayanların gündəmdə qalması üçün kürəklərinə banka düzüb şəkil çəkdirməklərinə ehtiyacları var.

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31