İlhamə Quliyeva ilə Hacı Quliyevin dostluğu pozulub
2 Oktyabr 2015 13:26 MədəniyyətBu barədə H.Quliyev şəxsi "İnstagram" səhifəsində İlhamə Quliyeva ilə çəkdirdiyi şəkli və şəklə fikirlərini yazmaqla, izləyicilərin diqqətini çəkib:
"Diqqət! Bu gündən etibarən İlhamə Quliyeva və Hacı Quliyev arasında dostluğa son qoyuldu!!!
Uzun müddət münasibətlərimizin soyuqluğundan dəyən zərbələrə əhəmiyyət verməməyə çalışırdım. Lakin artıq bu dostluğun bitdiyi barədə açıqlama verməyin zamanı gəldi... Bu günə qədər və bu gündən sonra rəsmi və ya qeyri-rəsmi haqqımda danışdığı hər hansı bir fikri qəbul edilib, edilməməsini sizin öhdənizə buraxıram!"
Qeyd edək ki, bir neçə ay əvvəl İlhamə Quliyeva mətbuata açıqlamasında bildirmişdi ki, Hacı Quliyev ilə işbirliyi quracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31