Xudu Borçalının xatirəsi anılıb

Gürcüstanın Krtsanisi bələdiyyəsinin təşkilatçılığı ilə Krtsanisi döyüşünün ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub. Azərbaycanlıların Mədəniyyət Mərkəzindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Tbilisi şəhər meri David Narmania, Gürcüstan Patriarxiyasının nümayəndələri, Tbilisi sakinləri iştirak ediblər. Hər il olduğu kimi tədbirdə döyüşlər zaman azərbaycanlıların xidmətləri də xüsusi vurğulanıb. Döyüşlərə 200 atlısı ilə qatılan həmçinin II İraklinin yaxın dostu Xudu Borçalının xatirəsini anmaq məqsədi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirə gənclər qatılaraq öz ehtiramlarını bildiriblər. Tədbirdə iştirak edən Marneuli rayon icra başçısı Merab Topçişvili də tədbirdə Xudu Borçalının xidmətlərini yüksək tutaraq Xudu Borçalının davamçıları güşəsinə qatılıb. Tədbirdə çıxış edən AMM-gənclər şöbəsinin əməkdaşı Faris Əmiraslanov Gürcüstanda yaşayan azərbaycanlıların hər zaman bu ölkənin ərazi bütövlüyü uğrunda döyüşdüyünü, Gürcüstan dövlətçiliyinin və müstəgilliyinin bərpası tarixində bizim xalqın da müstəsna rolu olduğunu və bu gün də hazır olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31