"Geyimlərimizi onun qayınanası alır"

Xalq artisti Gülyaz Məmmədova tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib. Axşam.az-a açıqlama verən müğənni geyimlərindən danışıb: "Bütün səhnə geyimlərimizi bacım Gülyanağın (xalq artisti Gülyanaq Məmmədova - red.) qayınanası Türkiyədən alıb göndərir. Gözəl zövqü var. Hansısa hissəsi açıq olursa, burada düzəlişlər etdirir, bağlayırıq". İfaçı oğlu Ramazandan bəhs edən G.Məmmədova duet oxumamalarının səbəbini açıqlayıb: "Ramazan Gülyanaqla duet oxudu. O qədər gözəl alınıb ki... Mən bundan sonra onunla duet oxumaqdan çəkinirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31