Azərbaycanlı modelin boşanmasının səbəbi: "Xəyanət və..."

"Hələ boşanmadan o, mənə xəyanət etdi". Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin tanınmış aktyoru Tolqa Karellə evli olmuş azərbaycanlı model Günay Musayeva deyib. Model bildirib ki, övladına görə aktyorla bir araya gəlmək fikrində olub: "Amma artıq bu mümkün deyil. Çünki o, mənlə ailəli olan zaman xəyanət edib. Bundan başqa  mənə qarşı fiziki zorakılıq edirdi. Barışmayacam. Çünki bir insanın xarakteri dəyişməz. Çünki alma ağacı armud yetişdirməz".

Qeyd edək ki,  2011-ci ildə ailə quran cütlüyün Cahangir adında bir övladı var.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31