Tünzalə Ağayeva Rihannanın konsertinə bilet alıb

Əməkdar artist, müğənni Tünzalə Ağayeva Rihannanın Bakıda keçiriləcək möhtəşəm konsertinə bilet alıb. Müğənninin prodüseri Yalçın Cabbarovun "Olaylar"a verdiyi məlumata görə, Tünzalə Ağayeva Rihannanın səsini çox bəyənir və ailəlikcə sabahkı konsertdə iştirak edəcək. Y.Cabbarov T.Ağayevanın bu il Azərbaycana təşrif buyuran dünya ulduzlarından yalnız Rihannanın konsertini maraqla gözlədiyini və onun səsini bəyəndiyini deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31