Hər seriya üçün alacağı pul təəcübləndirdi
30 Sentyabr 2015 14:52 MədəniyyətKeçən mövsüm rol aldığı "Reaksiyon" serialından 11-ci seriyada ayrılaraq ABŞ-a gedən İbrahim Çelikkol yeni layihə ilə ekranlara dönür. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu il razılaşma etdiyi "Düş tarlası" ləğv olunduqdan sonra "Umut rüzgarları" serialı ilə razılaşan aktyor fikrini dəyişdirib. O, Belçim Bilginin də baş rolda çəkildiyi "Ya Her şeyim, ya heçim" serialında hər seriya üçün 70 min lirə (təxminən 25 min manat) ilə razılaşıb. Aktyor ayda 280 min lirə (təxminən 100 min manat) qazanacaq.
Qeyd edək ki, İ.Çelikkol keçən il "Sadece sen" filmində də B.Bilgin ilə çəkilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31