Azəri Günel müflisləşir?
5 Oktyabr 2012 13:47 MədəniyyətMüğənninin depressiyaya düşdüyü haqda xəbərlər dolaşır.Milli.Az-a daxil olan məlumata görə, populyar estrada ulduzu Azəri Günel Bakıda bir neçə bankdan aldığı kreditləri ödəməyin çətinliyini yaşayır. Sırf bu səbəbdən müğənni İstanbuldan vətənə qayıtmaq istəmir.Günelin depressiyaya düşməsi xəbəri də inandırıcı şayiələr arasındadır. Əməkdaşımız söz-söhbətlərə şərh verməsi üçün müğənninin özü ilə əlaqə saxlamağa çalışsa da, etdiyi bütün cəhdlər boşa çıxıb. Milli.Az-a danışan bacısı Müşərrəf Zeynalova oldu: "Əgər kimsə Bakıda olduğu vaxt Güneli hansısa bankda görübsə, bu o demək deyil ki, ancaq kredit almaq üçün bacım orada olub. Günelin uzun illərdir adına açılmış şəxsi hesabı var. Hansı külli miqdarda borcdan söhbət gedir? Qardaşım Tunarın banklardan biri ilə xırda problemi var idi, o da çoxdan həll olunub. Nə üçün, nə məqsədlə belə çirkin söhbətlərdə bacımın adını hallandırırlar? Ayıb olsun, başqa heç nə demirəm".