Niyam Salami ATV-də aşbazlığa başladı
29 Sentyabr 2015 15:30 MədəniyyətMüğənni Niyam Salami özünü aparıcı kimi də sınamaq qərarına gəlib. "Olaylar" az-a açıqlama verən ifaçı bildirib ki, o artıq "Azad Azərbaycan" telekanalında "Mənim mətbəxim" adlı verilişin aparıcısıdır: "Düşünürəm ki, istedadlı insan hər bir sahədə istedadlıdır. Xeyli müddətdi ki, bu layihə üzərində çalışırdım. Lakin aparıcılıq edəcəyimi mediadan gizlədirdim. Çünki bir işi görüb, daha sonra danışmağı sevən insanam. Onsuz da insanlar şou-biznesdə boş-boş söhbətlərdən, qalmaqallardan təngə gəliblər. Yeni verilişim mətbəxlə bağlıdır. Bir çoxları bilir ki, mən ifaçılıqdan əvvəl aşpaz olmuşam. Veriliş zamanı əl qabiliyyətimi insanlara göstərəcəm. Hər efir günümdə isə musiqili qonaqlarım olacaq. Düşünürəm ki, aparıcılığım da pis alınmayacaq".
Qeyd edək ki, N.Salaminin təqdimatında "Mənim mətbəxim" verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanacaq.