"Belə ailədə birlik olmaz" - Gülyanaq Məmmədova
28 Sentyabr 2015 20:30 MədəniyyətXalq artisti Gülyanaq Məmmədova "Günə baxan" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, müğənni "Ailədə büdcənin formalaşmasında yoldaşınız, yoxsa siz böyük rol oynayırsınız" sualına belə cavab verib: "Deyə bilmərəm ki, maddi sıxıntılarımızı mən və ya ancaq yoldaşım həll edir. Birlikdə məsləhətləşir, qərar veririk. Evdə nə qədər pul xərclənəcəksə, birlikdə planlaşdırmışıq. Hətta Gülyazın da (bacısı, xalq artisti Gülyaz Məmmədova - red.) büdcəsi bizimlə eynidir. Həmişə həyat yoldaşıma minnətdar olmuşam. Yoldaşım Ziyanın ailəsində ağırlıq yoxdur. Bizim ailənin problemi böyükdür. Bacımın, qardaşımın, valideynlərimin bəzi ehtiyaclarını həll etməli oluram. Yoldaşımsa bunu anlayışla qarşılayır. Ailədə mehribançılıq, birlik olnda bərəkət də artır. Bəzi ailələr var ki, qadın özü üçün qazanır, xərcləyir. Belə ailədə birlik olmaz".
Qeyd edək ki, G.Məmmədovanın üç övladı var.