Rejissor Rafiq Atakişiyev vəfat edib və heç kimin xəbəri olmayəb

Kulis.az-ın məlumatına görə, rejissor bir həftə əvvəl ürək çatışmazlığından vəfat edib.1968-ci ildə Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə baş rejissor kimi başlayan Rafiq Atakişiyev teatrın yaradıcılarından biri olub. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor olan R. Atakişiyev O. Kazımovun "Qızıl toy", E. Sabitoğlunun "Nəğməli Könül", (Azərbaycan bölməsi) Kolkarın "Nəsrəddinin Bağdada səyahəti", Ofenbaxın "Fransız qonaq" tamaşalarına quruluş verib. İncəsənət və Mədəniyyət Universitetində baş müəllim, dosent kimi çalışan mərhum aktyor teatr sənətçilərindən T. Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya - "Rejissor teatra gəlir" və bir çox başqa kitabların müəllifidir. 1999-cu ildən 2005-ci ilə kimi Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyən R. Atakişiyevin təşəbüssü və rəhbərliyi ilə teatrın nəzdində gənc aktyorların yetişdirilməsi üçün ictimai əsaslarla aktyor studiyası təşkil olunub. Son illərdə C. Cabbarlının "Oqtay Eloğlu", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", Bukovçanın "Qana-Qan" və H. Cavidin "Afət" tamaşalarının quruluşçu rejissoru olub.R. Atakişiyev 2005-ci ildə "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə" fəxri nişanla təltif olunub. Azərbaycan TXİ-nin idarə heyətinin üzvü, "Qızıl Dərviş" mükafatının laureatıdır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31