Xalq artisti qohumları ilə birgə konsert verəcək
4 Oktyabr 2012 19:24 MədəniyyətXalq artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova solo konsertinə hazırlaşır.
Bu barədə Lent.az-a açıqlama verən xanəndə bildirib ki, oktyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Göydən enmiş bir mələk" adlı konserti üçün məşqlərə başlayıb.
Müğənni səhnəyə bacısı və qardaşı uşaqları olan müğənni Vüsal, Mirkamil və Ramalla çıxacağını söyləyib.
Xalq artisti bildirib ki, konsertdə muğamlarla yanaşı, xalq mahnıları və eləcə də bəstəkar mahnıları səslənəcək. Səhnənin dizaynından konsertin təqdimatınacan fərqli və maraqlı olacağını söyləyən xanım xanəndəni Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı və xalq artistləri tarzən Möhlət Müslümov və kamança ifaçısı Fəxrəddin Dadaşovun iştirakıyla "Cabbar Qaryağdıoğlu" adına muğam üçlüyü müşayiət edəcək.