Demet Akalın onu evindən qovdu
23 Sentyabr 2015 20:34 MədəniyyətMüğənni Demet Akalının bir neçə gün əvvəl evində verdiyi qonaqlıq şən başlasa da, gərgin bitib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Demet və həyat yoldaşı Okan Kurtun dəvət etdiyi qonaqlar arasında aktrisa Merve Boluğur və həyat yoldaşı, müğənni Murat Dalkılıç, pop ifaçı Berkay və sevgilisi Özlem Katipoğlu, aktrisa Binnaz Avcı, Esra Balamir, Erdem Kınay, Hasan Yenilmez olub. Partidə gərginlik Berkayla Binnaz arasında olub. Aktrisa müğənniyə "yanındakı qadınlarla məşhur oldun" deyib və Berkay cavabında onu təhqir edib. Bu isə Demetin həyat yoldaşı Kurtu əsəbiləşdirib. Bunun ardından Demet dostu və həmkarı Berkaya "evimi dərhal tərk et" deyərək qovub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31