Aygün Kazımova və Ajda Pekkan: Kim kimə bənzədi? VIDEO
4 Oktyabr 2012 20:38 MədəniyyətCey Lo-nun paltar olayından sonra sıra türkiyəli divaya çatdı. Milli.Az-ın daimi oxucularından biri redaksiyamıza tapıb üzə çıxardığı video görüntüsünü təqdim edib. Kadrlar Ajda Pekkanın 2010-cu ildə İstanbul konsertlərinin birində çəkilib. Oxucumuz iddia edir ki, Aygün Kazımova 2009-cu ildə verdiyi "Olduğu kimi" konsertində belə geyimdə çıxıb. Söhbət Bakıda qonaq olmuş Cey Lo-nun libasına bənzədilən səhnə libasından gedir. Kimin kimə bənzəməsi qərarını özünüz versəniz, yaxşı olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31