Xanəndə tamaşaçı pullarından danışdı

Elnarə Abdullayeva konsert vermək eşqinə düşüb.SİA-ya açıqlam verən Elnarə Abdullayeva bunları deyib: "Konsert keçirmək haqqında çox fikirləşirəm. Qeyri-adi konsert vermək istəyirəm. Əgər konsert verməli olsam, bu, mənim ilk konsertim olacaq.Ancaq onu da deyim ki, hər zaman düşünmüşəm ki, məni sevən tamaşaçılar biletlərə verdikləri pullarla özlərinə nəsə edə bilərlər. Yəni ki, xalqıma qıymıram. Onu da qeyd edim ki, konsertlərə gedən deyiləm.
Həmkarlarımdan ancaq Firuzun və Alim Qasımovun konsertlərində olmuşam. Xarici müğənnilərdən isə heç birinin konsertinə getməmişəm. Getməməyimə səbəb vaxtım olmayıb və yaxud da Azərbaycanda olmamışam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31