Dalqatovun konserti ilə bağlı qalmaqal

Xəbər verdiyimiz kimi, Russiya və Azərbaycanda çox sevilən müğənni Eldar Dalqatov Bakıda konsert proqramı ilə çıxış edəcək və onunla birlikdə səhnənin azərbaycanlı müğənni Sevinc Ağaşrinova ilə bölüşəcək. Yayılan şayiələrə görə Dalqatovun Sevinclə birgə konserti baş tutmayacaq. Əvəzində başqa bir müğənni olacaq. Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən konsertin təşkilatçısı Samir Xəttab bildirib ki, xəbərlər yalandır: "Eldarla səhnəyə Sevinc Ağaşirinova çıxacaq. Yalan xəbəri yayanlar konserti mənim əlimdən almaq istəyən təşkilatçılardır. Onu da deyim ki, Eldar Dalqatovun konserti ola bilsin ki, 2 gün davam etsin. İkinci günü edəcəyimiz konserti şəhərin tanınmış və böyük ticarət mərkəzlərinin birində etməyi düşünürük. Konsertin aparıcısı teleaparıcısı Ramin İbarahimovdur".

Samir Xəttab biletlərin artıq satılıb qurtarmaq üzrə olduğunu da deyib. Onu da deyək ki, müğənni Sevinc Ağaşirininova konsertə canlı ifa nümayiş etdirəcək buna çox ciddi şəkildə hazırlaşır. İfaçı konsert proqramında öz yeni "Qatar" mahnısını da ilk olaraq orda oxuyacaq.

Qeyd edək ki, konsert 3 noyabr saat 21:00 da "Baku Jazz Center"də baş tutacaq. Konsertin informasiya dəstəyi radio Avropa.az və Qafqazinfo.az saytdır. Biletləri əldə etmək üçün 077-360-70-50 və 055-300-44-40 zəng vura bilərlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31