“Səməd Səmədov xalq artisti oldu, müğənni ola bilmədi” - QALMAQAL
4 Oktyabr 2012 12:30 MədəniyyətMüğənni Əli Mirəliyev xalq artisti Səməd Səmədov barəsində yenə də qalmaqallı açıqlama verib. Buna səbəb, bir müddət öncə həmkarı Səməd Səmədovun fəxri ad almasıdır. Əli Mirəliyev Lent.az-a açıqlamasında şou-biznesdə qalmaqal yaradacaq fikirlər səsləndirib: "Mən hansı şou-biznes nümayəndəsinin haqqında söz deyirəmsə, xalq artisti adını alır. Misal üçün Səməd Səmədov xalq artisti oldu. Ancaq müğənni ola bilmədi, olmayacaq da.. Məncə bu gedişlə şou-biznes düzələn deyil".Müğənni bildirib ki, o, bədii şuraya üzv seçilsə, müğənnilərin səksən beş faizi sənətdən getməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31