Prezident teleradio şurasının əməkdaşlarına ad verdi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Televiziya və Radio Şurası əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər

"Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayeva Kifayət Alay qızı
Xudat-zadə Fikrət Əhməd oğlu
Qaraşov Rafail Buruza oğlu

Prezidentin digər sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adlar verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Jurnalist" fəxri adı verilsin:

Cəbiyev Qafar Cəfər oğlu
Vəliyeva Sona Məhəmməd qızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31