Rəqqasə Oksana Rəsulova Elşad Xoseni məhkəməyə verir

Rəqqasə Oksana Rəsulova ilə repçi Elşad Xosenin evliliyi gözləniləndən də az sürdü.Publika.az xəbər verir ki, təmtəraqla evlənən cütlük bu günlərdə sakitcə ayrıldı.
Rəqqasə Oksana artıq məhkəməyə üz tutmağa hazırlaşır. Elşad Xose isə yoxa çıxıb. İkilidən heç biri təkidlərə rəğmən məsələyə mətbuatda aydınlıq gətirməyəcək.
Xatırladaq ki, bu, Oksananın ikinci rəsmi evliliyi idi. İndi Oksana yenidən subaylığa qovuşacağı günü gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31