Alim Qasımov səhnəyə kişi rəqqasla çıxacaq

Xanəndə hazırda Bakıda olan rəqqasla məşq edir

Xalq artisti, xanəndə Alim Qasımov səhnəyə rəqqasla çıxacaq. ANS PRESS-in məlumatına görə, bu, sənətkarın Kanadada nəzərdə tutulmuş konsertində baş verəcək. Bu konsertdə onu əslən iranlı, Danimarka vətəndaşı olan rəqqas Alirza müşayiət edəcək. Hazırda Bakıda olan məşhur rəqqas Alim Qasımovla birgə çıxışının məşqlərini edir.
Sözügedən konsert dekabrın ortalarına nəzərdə tutulub.
Qeyd edək ki, xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova 5 oktyabrda Tunisdə də konsert proqramı ilə çıxış edəcək. Konsert təklifi A.Qasımovun Fransada olan meneceri tərəfindən gəlib. 90 dəqiqəlik proqramında xanəndələri tarda Zəki Vəliyev, kamançada Rauf İsmayılov müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31